Bismillahkoin: İran kriptovalyutaya dadanıb

      Bismillahkoin:    İran kriptovalyutaya dadanıb
  29 May 2021    Oxunub:2565
Kembricin Alternativ Maliyyə Mərkəzinin məlumatına görə, hazıra dünyada Bitkoin hasilatının (mayninq) 4,5%-i İranın payına düşür. Bu səviyyədə hasilat ildə 1 milyard dollar deməkdir.
Amma mayninqin bu cür miqyasları ildə 600 meqavatt enerji tələb edir ki, bu da 10 milyon barrel neft deməkdir. Müqayisə üçün deyək ki, 10 milyon barrel – İranın ötən il ixrac etdiyi neftin 4 faizi edir.

Maynerliyin kütləvi hal alması artıq İranın bəzi şəhrlərində elektrik enerjisilə bağlı problemlərə səbəb olub.



Baxmayaraq ki, ölkədə mayninq praktik olaraq qadağandır, onun qarşısını tam almaq olmur. Çünki kriptovalyuta ölkəyə sanksiyalardan yan keçərək, xarici mallar ala bilmək imkanı yaradır. Maraqlı sxem yaranıb: Maynerlərin qazandığı pul İrana sanksiyalar qoymuş ölkədən – ABŞ-dan gedir.

Üstəlik, 2017-ci ilin yanvarından 2021-ci ilin yanvarına qədər İranın valyutası 80% ucuzlaşdığı halda, bitkoin təxminən 40 dəfə bahalaşıb. Bu da onun hasilatını xüsusilə sərfəli edir.

Tariyel
Azvision.az



Teqlər: İran   Bitkoin  





Xəbər lenti