“8 Noyabr” stansiyasından istifadə edəcək sərnişinlərin nəzərinə!

   “8 Noyabr” stansiyasından istifadə edəcək sərnişinlərin nəzərinə!
  29 May 2021    Oxunub:1088
" “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metro stansiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər”.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, “8 Noyabr”stansiyası 3 səviyyədən ibarətdir:

“Sərnişinlər stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovazğzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının bənövşəyi xəttindən Yaşıl xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti