Bakıda 4 nəfər dəm qazından zəhərlənib

Bakıda 4 nəfər dəm qazından zəhərlənib
  09 Mart 2014    Oxunub:1051
Zəhərlənmə hadisələri Səbail və Xətayi rayonlarının ərazisində qeydə alınıb.
Bakıda 4 nəfər dəm qazından zəhərlənib. AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından anspress-ə verilən məlumata görə, ötən gün gecə saatlarında 4 qadın dəm qazından zəhərlənib.

Zəhərlənən qadınlar 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər orta yaşlarında olan xanımların vəziyyətinin normallaşdığını bildirirlər. Stansiyadan bildiriblər ki, zəhərlənmə hadisələri Səbail və Xətayi rayonlarının ərazisində qeydə alınıb.

Xatırladaq ki, bir neçə gün öncə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə zamanı 115 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənənlərdən 43 nəfər xəstəxanaya yerləşdirilmişdi.


Teqlər:





Xəbər lenti