“Azeri Light”ın qiyməti 70 dollara yaxınlaşır

“Azeri Light”ın qiyməti 70 dollara yaxınlaşır
  29 May 2021    Oxunub:1066
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,17 dollar artaraq 69,63 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,53 dollar ucuzlaşaraq 66,32 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 dollar artaraq 69,67 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti