Prezidentin 10 illik fəaliyyəti: Davamlı inkişaf və tərəqqi dövrü – VİDEO

     Prezidentin 10 illik fəaliyyəti:    Davamlı inkişaf və tərəqqi dövrü –    VİDEO
  01 İyun 2021    Oxunub:2353
Davamlı inkişaf və tərəqqi yolunda olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixin yeni mərhələsinə qədəm qoyub. Artıq neçə illərdir ki, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin inkişafı və güclənməsi üçün zəruri olan bütün addımlar atılıb. Hakimiyyətdə olduğu illər ərzində bir çox beynəlxalq və ölkədaxili layihələri reallaşdıran Prezident İlham Əliyev çoxşaxəli sosial-iqtisadi islahatlar kursu ilə ölkə iqtisadiyyatının inkişafı yolunda böyük uğurlara zəmin yaradıb. Bu isə öz növbəsində hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub.

Prezidentin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində qazanılan uğurlar müasir dövlətimizin inkişafının təməl daşıdır. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı və ardıcıl, müasir çağırışlara cavab verən islahatlar aparılmasın. Azərbaycanda müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqi milli dövlətçilik maraqlarına əsaslanır.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti