Büdcə gəlirlərinin 21,4 faizi ƏDV hesabına təmin edilib

Büdcə gəlirlərinin 21,4 faizi ƏDV hesabına təmin edilib
  28 May 2021    Oxunub:866
2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 5 milyard 737 milyon manat, xərcləri isə 5 milyard 523,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata əsasən, daxilolmaların 21,4 faizi əlavə dəyər vergisi, 13,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,8 faizi fiziki şəxslərin gəlir vergisi, 4 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 1,7 faizi vergilərin digər növləri, 48,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti