“Qarşıya qoyulan öhdəliklər yerinə yetirilib”- Samir Şərifov

 “Qarşıya qoyulan öhdəliklər yerinə yetirilib”-    Samir Şərifov
  27 May 2021    Oxunub:1184
Hesabat ilində qarşıya qoyulan öhdəliklər yerinə yetirilib. Pandemiyadan zərər çəkən sahələrə xeyli miqdarda vəsait ayrılıb. Səhiyyə, ordu quruculuğu, təhlükəsizlik sahələri diqqətdə saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə deyib.

Nazir bildirib ki, ötən il mövcud şəraitlə əlaqədar olaraq dövlət və icma büdcələrinin dürüstləşdirilməsi zərurətə çevrilib.

Dijital dünyada maliyyə təhlükəsizliyi
"2020-ci il dövlət büdcəsinin xərclərinin 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat icra edilib ki, bu da 1990,4 milyon manat (8,1 faiz) çoxdur. 2020-ci ildə iqtisadiyyatda 72,4 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz az ÜDM istehsal edilib. Pandemiyanın təsirləri nəticəsində iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz geriləmə qeydə alınsa da, kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə 12,5 faiz artım müşahidə olunub".

Azvision.az


Teqlər: Maliyyə   Nazir  





Xəbər lenti