Pensiyaya görə anasını öldürən qızın məhkəməsi başlayır

 Pensiyaya görə anasını öldürən qızın məhkəməsi başlayır
  27 May 2021    Oxunub:906
2020-ci il oktyabrın 09-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Bu barədə Azvision.az-a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

Sədaqət Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti