Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb

Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb
  08 Mart 2014    Oxunub:1441
Onların hər birinin üzərindən 400 qrama yaxın tiryək və heroin aşkarlanıb.
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, sakin Şəbnəm Musayevanın mənzilindən qızıl əşyalar və bankomat kartı oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə oğurluq edən şəxslər saxlanılıb.

Məlum olub ki, oğurluq edən şəxslər Məmmədəli Məmmədov, Estate Mikoladze və Georgi Gridalaşvili Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin üzərindən 400 qrama yaxın tiryək və heroin aşkarlanıb.


Teqlər:





Xəbər lenti