Xidmətdən
Azvision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Aslanov Elgün Əli oğluna qohumu Bakı şəhər sakini Süleymanov Cavad Süleyman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdəki 4 ədəd həbdə ümumi çəkisi 0,04 qram olan narkotik vasitə metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az