82 yaşlı Şəfiqə nənənin xanımlara tövsiyyəsi - VİDEO

82 yaşlı Şəfiqə nənənin xanımlara tövsiyyəsi - VİDEO
  08 Mart 2014    Oxunub:1537
Brilyant toylarına hazırlaşan ailə.
Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Bəlkə də dünyadakı qadınları isə bir birindən tək bir fərq onların ailələrinə olan bağlılıq və sədaqət göstəricisidir. Bütün bu xüsusiyyətləri özündə birləşdirən qadınlar isə heç də çox deyil. Lənkəran Gərmətük kəndində yaşayan 82 yaşlı Şəfiqə Məmmədova da belə xanımlardandır.

AzVision.az CTV-yə istinadən xəbər verir ki, Lənkəranın Gərmətük kəndinə 58 il bundan əvvəl gəlin köçən Şəfiqə Məmmədova həyat yoldaşı Sərhad Məmmədovla hələ o vaxtlar məktəb illərində tanış olub.Ailəsinin sevgi üzərində qurulduğunu dönə-dönə dilə gətirən Şəfiqə xanım ailə qurarkən bunun əsas olduğunu deyir.Ailənin övladlarının qayğısı ilə yanaşı o vaxtlar kolxozda da işləməyə vaxt tapan Şəfiqə xanım elə bugün də yaşının ahıl çağında həyat yoldaşı Sərhad müəllimin qayğısına qalmaqla bərabər ev işlərini də görür həyət-bacasını səhmana salır toyuq cücəsini yemləyir,hətta biş-düşünü də özü edir.Bugün bu 82 yaşlı xanımı narahat edən bir səbəb var.O da bəzi gənc gəlinlərin qaynanalarına qaynatalarına lazımı qədər hörmət etməmələləridir.5 oğlan bir qız övladı olan həmçinin 11 nəvə və 5 nəticə sahibi Şəfiqə xanım gənc qızlara tövsüyyə verməklə bərabər onları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə də təbrik etməyi də unutmadı.




Teqlər:





Xəbər lenti