8 mart bölgələrdə - VİDEO

8 mart bölgələrdə - VİDEO
  08 Mart 2014    Oxunub:1230
8 mart Novruzdan əvvəl ölkəmizdə qeyd olunanyaz bayramıdır. Bayram respublikamızın bütün bölgələrində olduğu kimi Cəlilabad rayonunda da böyük coşqu ilə qeyd olunub.Tədbirdə Rayon İcra hakimiyyətinin , Hüquq mühafizə orqanlarının nümyəndələri və təhsil işçiləri iştirak ediblər.
AzVision.az CTV-yə istinadən xəbər verir ki, beynəlxalq Qadınlar Gününə həsr edilən bayram tədbirini giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin Başçısı Əziz Əzizov 8 mart bayramı münasibəti ilə bütün qadınları təbrik edərək Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, inkişafında və qorunmasında qadınlarımızın müstəsna rolundan danışdı. Qeyd olundu ki,dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qadın problemləri daim diqqət mərkəzində saxlanılıb və bu sahədə ardıcıl tədbirlər həyata keçirilib.Diqqətə çatdırıldı ki, ulu öndərin ənənələrinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınlara xususi diqqət və qayğı göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmaq, idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır.Xüsusi olaraq vurğulandı ki, xalqımızın zəngin, dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız tərəfindən örnək kimi qəbul edilir.Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

Bundan əlavə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətiləHacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatının təşəbbüsü ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər. Daha sonra Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı qadınları bayram münasibətilə təbrik etdi. Qeyd olundudu ki, qadınlar istər cəmiyyətin inkişafında, istərsə sağlam ailənin formalaşmasında mühüm rola malikdir. Cəmiyyətdə qadınların rolunun danılmaz olduğunu qeyd edən icra başçısı Ümummilli liderimiz Heydər Əliyevin hər zaman Azərbaycan qadınlarına yüksək qiymət verdiyini bildirib. Diqqətə çatdırılıb ki,bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs qadınlarımızın cəmiyyətin inkişafında ön sıralarda təmsil olunmasına geniş imkanlar açıb.Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan qadınının tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, xalqımızın milli xüsusiyyətlərinə sadiqliyi ilə tanındığını vurğuladılar.Sonra Heydər Əliyev və Azərbaycanda qadın siyasəti adlı qısametrajlı film nümayiş olundu.Sonda bir qrup fəal qadınlara Hacıqabul rayon İcra Hakimiyyətinin, YAP Hacıqabul rayon təşkilatının, Gənclər və İdman İdarəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.






Teqlər:  





Xəbər lenti