“Azərsu” yanında İctimai Şuraya seçkilər keçirilib

“Azərsu” yanında İctimai Şuraya seçkilər keçirilib
  25 May 2021    Oxunub:1017
Mayın 25-də “Azərsu” ASC yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki prosesi “Azərsu” ASC-nin “facebook.com” səhifəsi vasitəsilə canlı yayımlanıb.
ASC-dən Azvision.az -a bildirilib ki, “Azərsu” yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Lakin seçkilərə 1 gün qalmış “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar İctimai Birliyinin sədri Yusifov Fikrət Hüseyn oğlu namizədliyini geri götürüb.

"Azərsun Holdinq" COP29-un dayanıqlı inkişaf tərəfdaşıdır
Beləliklə, seçkilərdə vətəndaş cəmiyyəti institutlarının namizəd kimi qeydə alınmış 15 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 66 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 66 bülletenin hamısı etibarlı hesab edilib.

Seçkilərdə 2 namizəd - “Əsgər Ailələrinə Dəstək” İB-nin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 13 namizəd tələb olunan keçid səs sayını toplamadıqlarına görə təkrar seçkilərdə iştirak edəcək.

Seçki Komissiyasının qərarına əsasən seçkilərin ikinci turu mayın 27-də “Azərsu” ASC-nin inzibati binasında keçiriləcək.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti