Apreldə elektrik enerjisi istehsalı artıb

Apreldə elektrik enerjisi istehsalı artıb
  24 May 2021    Oxunub:1394
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 milyon kilovat/saat artaraq 2 milyard 22,9 milyon kilovat/saat olub. Ay ərzində elektrik enerjisinin ixracı 47,5 milyon kilovat/saat, idxalı isə 15 milyon kilovat/saat təşkil edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8 milyard 947,8 milyon kilovat/saat olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 milyon kilovat/saat azalaraq 8 milyard 388,7 milyon kilovat/saat, SES-lərdə 98,6 milyon kilovat/saat artaraq 440,4 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1 milyon kilovat/saat azalaraq 118,7 milyon kilovat/saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 31,12 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 14,2 milyon kilovat/saat, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Dörd ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 50,5 milyon kilovat/saat (İES-lərdə 7 milyard 655,7 milyon kilovat/saat, SES-lərdə 394,8 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 milyon kilovat/saat (İES-lərdə 62,7 milyon kilovat/saat, SES-lərdə 40,2 milyon kilovat/saat, GES-də 13 milyon kilovat/saat), müstəqil elektrik stansiyaları üzrə 758,9 milyon kilovat/saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 milyon kilovat/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 milyon kilovat/saat olub. İrandan 10,8 milyon kilovat/saat, Rusiyadan 32 milyon kilovat/saat, Gürcüstandan isə 4,4 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 milyon kilovat/saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 milyon kilovat/saat artıb. İrana 10,8 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 31,2 milyon kilovat/saat, Gürcüstana isə 499,8 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.







Azvision.az


Teqlər: Elektrik   Enerji  





Xəbər lenti