Göygöldə yeməkxana, Tovuzda ev yandı

Göygöldə yeməkxana, Tovuzda ev yandı
  24 May 2021    Oxunub:822
Göygöl rayonunda ümumi sahəsi 50 m² olan yeməkxananın yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobil təmiri sexi yanğından mühafizə olunub.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində isə ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Göygöl   Tovuz   Yanğın  





Xəbər lenti