FHN: Ötən gün 47 yanğın olub

  FHN:  Ötən gün 47 yanğın olub
  23 May 2021    Oxunub:1304
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az - a daxil olan məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən “Mercedes” markalı minik avtomobilinin İsmayıllı rayonunun Namazgah kəndi ərazisində dərəyə aşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas olunub, 3 nəfər yanıq xəsarəti alıb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti