Sağalanların sayı yoluxanlardan iki dəfə çoxdur

 Sağalanların sayı yoluxanlardan iki dəfə çoxdur
  22 May 2021    Oxunub:1678
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4851 nəfər vəfat edib, aktiv xəstə sayı 7393 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10841, ötən müddət ərzində isə ümumilikdə 3 446 033 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti