Keçmiş məhkum bu dəfə heroinlə tutuldu

Keçmiş məhkum bu dəfə heroinlə tutuldu
  22 May 2021    Oxunub:1392
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sədi Abdullayev şübhəli şəxs qismində saxlanılıb.



Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin və psixotrop maddə- metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Keçmiş-məhkum   Narkotik  





Xəbər lenti