Şirkətin satış təmsilçisinə cinayət işi açıldı

   Şirkətin satış təmsilçisinə cinayət işi açıldı
  22 May 2021    Oxunub:2239
“Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Şirvan şəhər prokurorluğundan Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.

Azvision.az


Teqlər: Şirkət   Satış   Təmsilçi   Cinayət-işi  





Xəbər lenti