Bakıda kluba gedən 100-dən artıq şəxs cərimələndi

Bakıda kluba gedən 100-dən artıq şəxs cərimələndi
  22 May 2021    Oxunub:1636
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.
Azvision.az -ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə 100-dən artıq şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti