Bu gün Bakıda 31 dərəcə isti olacaq

Bu gün Bakıda 31 dərəcə isti olacaq
  22 May 2021    Oxunub:1039
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 29-31 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti