Gəncə və İmişlidə ev yanıb

Gəncə və İmişlidə ev yanıb
  22 May 2021    Oxunub:1014
Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 456 m² olan (hər mərtəbəsi 228 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və çardağı 100 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, İmişli rayonunun Qızılkənd kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti