Türkiyənin erməni namizədləri AzVision.az-a danışdılar

Türkiyənin erməni namizədləri AzVision.az-a danışdılar
  07 Mart 2014    Oxunub:1961
Bu il Türkiyədə Bələdiyyə Məclisi seçimlərində demək olar ki, bütün partiyaların erməni namizədi var.
İqtidar partiyası-AKP-nın iki erməni namizədi var. Onlar Melkon Karaköşə və Herman Balayandıк. CHP-nin namizədi isə Arev Cebeci, Margırt Dikmədir. BDP isə atrvinli erməni İsmət Şahini dəstəkləyəcək.

Qeyd edək ki, ilk erməni namzədini MHP irəli sürüb. MHP-nin namizədləri İstanbulun 25 min ermənin yaşadığı Bakırköy səmtindəndi. MHP-nın erməni Bakırköy səmtindən bələdiyyə məclis üzvlüyünə verdiyi namizəd namizədləri Kegam Garabetyan, Haço Kaleş və atası erməni anası rum olan diş həkimi Nerses Yeremyandır.

Partiyalar erməni namizədlərinin irəli sürülməsinin müzakərə mövzusu olamdığını bildirir. Məsələn, MHP-dən verilən açıqlamada deyilir ki, milləyyətçi partiya olmaq millətlərin hüquqlarını tapdalamaq deyil: “Türkiyədə erməni əsilli vətəndaşlar yaşayır, onların kimliyində türk vətəndaşı yazılır. Kimliyində türk vətəndaşı yazılan hər bir şəxs seçkilərdə iştirak etmək hüququna malikdir. Kürt, türk, eməni, boşnak bunu heç bir fərqi yoxdu”.

Nerses Yeremyanla əlaqə saxladıq və o, milliyətçi partiyadan namizədliyinin irəli sürülməsini belə dəyərləndirdi: “Mən zamanında millətçi idim. Amma indi hər şey dəyişib. Vaxtilə pis hadisələr olub. Amma indi irəliyə baxmaq lazımdır. Biz bu ölkədə yaşayırıqsa ölkəni sevməliyik. Mən MHP-ni cammatıma daha yaxın gördüm. Mən 1915-ci il hadisələrini də tarixçilərə buraxıram, qoy onlar qərar versin. Bundan sonra artıq Türkiyə və MHP-nin irəli getməsi üçün çalışacam”.

MHP-dən namizədliyi irəli sürülən erməni əsilli aday Haço Kaleş isə namizədliyindən məmundur: “Özümü azlıq olaraq görmürəm. Çünki Türkiyə vətəndaşıyam. Türkiyədə baş verənlər bizi də maraqlandırır və bu ölkənin vətəndaşı olaraq namizdəlik haqqımızdan istifadə edirik”.

İqtidar partiyasından namizədliyini irəli sürən Melkon Karaköşə isə bildirdi ki, o iki ildi AKP-nin üzvüdür və bu partiyaya ürəkdən bağlıdır:
“Türkiyədə yaşayan ermənilərin AKP ilə könül bağı var. Düzdür, başqa partiyadan da erməni namizədlər var. Amma inaniram ki, erməni camaatı mənə səs verəcək. O kİ qaldı millət məsələsinə, biz Türkiyə vətəndaşıyıq və burdakı haqlarımızdan istifadə edirik”.

CHP-dən namizədliyini irəli sürən Cebeci isə seçimləri qazanacagına əmin oldugunu deyir: “Mən 22 ildir Türkiyədki erməni toplumunu problemini, səxıntısını bilirəm və bu problemləri məclisdə qaldıracam”.

Qeyd edək ki, BDP öldürülən Hrant Dinkin xanımı Rekel Dinkədə namizədlik təklif etmişdi. O son anda bu təklifi rədd edib. Sonra təklif məktəbi bitirənə qədər türk dilini biləməyən İsmət Şahinə edilib. Bu gün isə namizədlərin təsdiqlənəcəyi son gündür. Namizədlərin tam siyahısı açıqlandıqda erməni siyshısının artacagı gözlənilir.

Məhsəti Şərif /İstanbul
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti