Sumqayıtda 3 azyaşlı köməksiz vəziyyətdə qaldı

Sumqayıtda 3 azyaşlı köməksiz vəziyyətdə qaldı
  22 May 2021    Oxunub:1066
Sumqayıt şəhərində 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Azyaşlı   Kömək  





Xəbər lenti