Zəngəzur dəhlizi region ölkələri üçün də əhəmiyyətlidir

Zəngəzur dəhlizi region ölkələri üçün də əhəmiyyətlidir
  21 May 2021    Oxunub:1291
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün yeni imkanlar yaradacağını bildirib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türk Dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür.

"Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyyirmiliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 milyard dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir. Belə ki, Rusiya 1.7 tirlyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər".

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Bütün bunlar fonunda, Zəngəzur dəhlizi regionda kommunikasiyaların bərpasında həlledici layihələrdən hesab olunur. Bölgədə dayanıqlı inkişaf və sülh üçün isə regionda kommunikasiyaların bərpası qaçılmazdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngəzur   Dəhliz  





Xəbər lenti