8 Martın hava proqnozu

8 Martın hava proqnozu
  07 Mart 2014    Oxunub:1179
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında əsasən axşam və gecə havanın bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədircən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti