Sevgilisini qətlə yetirib, özünü güllələyən polis öldü

 Sevgilisini qətlə yetirib, özünü güllələyən polis öldü
  21 May 2021    Oxunub:1097
Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov vəfat edib.
Azvision.az xəbər verir ki, H.Osmanov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı - 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib.

Azvision.az


Teqlər: Polis   Vəfat  





Xəbər lenti