Bakıda dünya yarışına start verilir
Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.
Milli Gimnastika Arenasında mayın 23-dək davam edəcək turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcəklər.
2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutub. Yarışlar hər gün saat 12:00-da başlayacaq.
Azvision.az
Teqlər: Yarış