Yevlaxda ağır qəza: sürücü öldü

Yevlaxda ağır qəza: sürücü öldü
  07 Mart 2014    Oxunub:1032
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində, Bakı-Qazax yolunun 259-cu kilometrliyində “VAZ” markalı minik avtomobili və “SHACMAN” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Kərimov Zöhrab Ceyhun oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti