AZAL hüquq-mühafizə orqanlarına müraciət etdi - Fırıldaqçılıq faktları

AZAL hüquq-mühafizə orqanlarına müraciət etdi -    Fırıldaqçılıq faktları
  20 May 2021    Oxunub:1024
Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.
“Azərbaycan Hava Yolları” QSC-dən Azvision.az -a bildirilib ki, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.

Qeyd etməliyik ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb.

“Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.

AZAL, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti