“Fitch” SOCAR-ın reytinq proqnozunu yüksəldib

“Fitch” SOCAR-ın reytinq proqnozunu yüksəldib
  20 May 2021    Oxunub:732
“Fitch” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Neqativ"dən "Sabit"ə dəyişib.
Azvision.az reytinq agentliyinə istinadla xəbər verir ki, SOCAR-ın qorunmayan reytinqi isə “BB+” səviyyəsində saxlanılıb. Reytinqdəki dəyişiklik əsasən, Azərbaycanın suveren reytinq proqnozunun BB+/“Sabit” səviyyədə təsdiq edilməsi ilə bağlıdır.

Reytinq agentliyi əsaslandırıcı amillər sırasında SOCAR-ın tam dövlət mülkiyyətindəki şirkət olmasını, dövlət tərəfindən şirkətə maliyyə zəmanətləri, vəsait ayırmaları və nizamnamə kapitalının artırılması şəklində dəstəyin davam etdirildiyini, həmçinin SOCAR-ın sosial funksiyalarını və milli neft-qaz sənayesinin inkişafında dövlətin əsas iqtisadi-sənaye aləti olduğunu xüsusilə qeyd edib və şirkətin reytinqini dövlət reytinqinə bərabərləşdirib.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti