"Tezliklə “Qarabağ” yenilənmiş arenada oynaya biləcək” - Canni de Byazi

"Tezliklə “Qarabağ” yenilənmiş arenada oynaya biləcək” -    Canni de Byazi
  20 May 2021    Oxunub:1326
“Yerli “Qarabağ” stadionunu ziyarət etdim. Hazırda “İmarət” stadionundayam”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi instaqram səhifəsində yazıb.

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və “Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda ilə birlikdə işğaldan azad olunan Ağdam rayonuna ziyarət edən italiyalı mütəxəssis təəssüratlarını bölüşüb.

O, “Qarabağ”ın tezliklə doğma məkanda meydana çıxacağına ümid etdiyini qeyd edib:

“Düzdür, məlum səbəblərdən burada yalnız xarabalıqları görə bilərik. Ancaq ümid edirəm ki, tezliklə “Qarabağ” burada yenidən qurulması lazım olan stadionda, yenilənmiş arenada oynaya biləcək”.

De Byazi səfər zamanı Milli Qəhrəman şəhid Allahverdi Bağırovun məzarını da ziyarət edib.





Azvision.az


Teqlər: Qarabağ   Ağdam   CannideByazi  





Xəbər lenti