DOST Agentliyi ISO sertifikatları alacaq

DOST Agentliyi ISO sertifikatları alacaq
  20 May 2021    Oxunub:1095
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ISO sertifikatları alacaq. Bu barədə Agentlik ilə “Bureau de Qualite” MMC arasında 89 078.2 AZN dəyərində müqavilə imzalanıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, müqavilə 7 aydan çox müddəti əhatə edəcək. Bu müddət ərzində DOST Agentliyinin 30 əməkdaşına ISO 9001: 2015 “Keyfiyyəti idarəetmə sistemi”, ISO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri”, ISO 10002:2018 “Müştəri məmnuniyyəti-Təşkilatlarda şikayətlərə baxılma qaydaları”, ISO 26000:2010 “Sosial məsuliyyət haqqında təlimat” adlı təlimlər keçiriləcək, həmçinin qeyd olunan istiqamətlər üzrə idarəetmə sistemləri və iş proseslərinin ISO beynəlxalq standartlarına uyğunluğu yoxlanılacaq və müvəffəqiyyətlə yoxlamanı keçirdikdən sonra ISO sertifikatı veriləcək.

ISO standartlarının tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas meyarlar qismində qiymət təklifi, bənzər işlərdə təcrübə, ixtisaslı kadr imkanları nəzərə alınıb. Bütün bu parametrlər üzrə nəzərdən keçirilən iddiaçılar arasından “Bureau de Qualite” MMC tenderin qalibi elan edilib.

Azvision.az


Teqlər: DOST  





Xəbər lenti