Bakıda polis qadını öldürüb, intihara cəhd etdi

 Bakıda polis qadını öldürüb, intihara cəhd etdi
  20 May 2021    Oxunub:1523
Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti