Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olundu

 Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olundu
  20 May 2021    Oxunub:1844
Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təbriz İbrahimov dəfn olunub.
Azvision.az xəbər verir ki, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, dünən şəhid hərbi qulluqçu ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində vida mərasimi keçirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub.

Respublika Hərbi Prokurorluğunun ötən gün yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Azvision.az


Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti