Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb

Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb
  20 May 2021    Oxunub:684
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikada əhali arasında pandemiyaya qarşı peyvəndləmə davam etdirilir.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin avtobus və taksi sürücüləri də “Sinovac” vaksininə cəlb ediliblər.



Bu məqsədlə akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Müayinədən keçirilən sürücülərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmənin birinci günü ərzində xüsusi işçi qrupu tərəfindən 116 sürücü “Sinovac” vaksininə cəlb edilib. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.



Vaksinasiyanın ikinci günü ərzində isə günorta saatlarınadək 88 nəfər ilk doza alıb. Peyvəndləmə mayın 20-də də davam etdiriləcək.

Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Sürücü   Vaksinasiya  





Xəbər lenti