Ölkəmizdə nikahların və boşanmaların sayı azalıb

Ölkəmizdə nikahların və boşanmaların sayı azalıb
  20 May 2021    Oxunub:794
Azərbaycanda cari ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halları qeydə alınıb.
Azvision.az xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, 2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınıb. Boşanmaların sayı 3940 təşkil edib. Hər iki göstərici üzrə ötən illə müqayisədə azalma olub.

Azvision.az


Teqlər: Boşanma   Nikah  





Xəbər lenti