Oğurluğa görə axtarışda olan şəxs saxlanıldı - FOTO

Oğurluğa görə axtarışda olan şəxs saxlanıldı -    FOTO
  19 May 2021    Oxunub:804
İsmayıllı rayonunda oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakıda tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, Valeh Kazımov bir müddət əvvəl tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan olunub.

Məhəmməd Əmrəliyev isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.



Azvision.az


Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti