Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, V.Kazımov bir müddət öncə tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan edilib.
M.Əmrəliyev isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.
Azvision.az