Dünən 42 yanğın olub, 5 nəfər xilas edilib

Dünən 42 yanğın olub, 5 nəfər xilas edilib
  19 May 2021    Oxunub:725
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 42 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər və “Shackman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yük maşınında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti