“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək

“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
  07 Mart 2014    Oxunub:1196
“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək.

DBX-dən verilən məlumata görə, quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 31-də başlanması nəzərdə tutulur.

Hazırda ölkədə “quş qripi” və digər yoluxucu xəstəliklərə dair epizootik vəziyyət sabitdir. DBX əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti