İşğaldan azad edilən kənddə narkotik aşkarlandı - FOTO

 İşğaldan azad edilən kənddə narkotik aşkarlandı -  FOTO
  19 May 2021    Oxunub:1390
Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik tərkibli maddələrin əkin sahəsi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.



Azvision.az


Teqlər: Ağdam   Kənd   Narkotik  





Xəbər lenti