Yaşıl enerji məkanı üzrə alt işçi qrupunun iclası keçirilib

Yaşıl enerji məkanı üzrə alt işçi qrupunun iclası keçirilib
  18 May 2021    Oxunub:1654
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt işçi qrupunun üçüncü iclası keçirilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, alt işçi qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə video-konfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.

Məlumata görə, alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Enerji  





Xəbər lenti