Qəzza zolağında 132 bina dağıdılıb

Qəzza zolağında 132 bina dağıdılıb
  18 May 2021    Oxunub:1529
İsrailin raket hücumları nəticəsində Qəzza zolağında ən azı 132 bina dağıdılıb, onlarla məktəb və xəstəxanaya ziyan dəyib.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiya ofisinin yayımladığı hesabatda deyilir.

Qeyd olunub ki, 621 mənzil və kommersiya obyektləri daxil olmaqla 132 bina tamamilə dağılıb, 316 ev ciddi ziyan görüb və yaşayış üçün uyğun deyil. Daha 6500 mənzilə isə nisbətən az zərər dəyib.

Bundan əlavə, altı xəstəxana və doqquz tibb müəssisəsinə bombardman nəticəsində ziyan dəyib. Qəzza zolağındakı yeganə laboratoriya atəşə tutulması səbəbindən işini dayandırıb. Nəticədə koronavirus testlərinin aparılmasına son qoyulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəzza  





Xəbər lenti