Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar verildi
Nazir Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan idmanının, o cümlədən ölkəmizdə paralimpiya hərəkatının böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. S.Babayev hazırda yüzlərlə idmançını özündə birləşdirən Paralimpiya Komitəsinin ötən dövrdə əldə etdiyi uğurlardan bəhs edib.
Bildirib ki, paralimpiyaçılarımız tərəfindən indiyədək 38 olimpiya medalı qazanılıb, 7 nəfər Paralimpiya çempionu, onlardan 2-si ikiqat çempiondur. Nazir bildirib ki, Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Komitənin əməkdaşlarının təltif edilməsi Prezident İlham Əliyevin paralimpiyaçılara yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
S.Babayev qarşıdakı Tokio Yay Olimpiya Oyunlarında da bütün idmançılarımız kimi, paralimpiyaçılarımızın da yeni qələbələr əldə edəcəyinə əminliyini bildirib. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ötən 25 ildə keçdiyi inkişaf yolundan bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda paralimpiya hərəkatının inkişafı, tarixi uğurlar qazanması naminə göstərdiyi yüksək diqqət və qayğını, böyük dəstəyi diqqətə çatdırıb. Sonra Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim edilib.
Azvision.az