Qubada iki yük maşını toqquşub

Qubada iki yük maşını toqquşub
  18 May 2021    Oxunub:1666
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti