Maşınlardan oğurluq edən şəxs tutuldu

Maşınlardan oğurluq edən şəxs tutuldu
  18 May 2021    Oxunub:1351
Abşeron rayonunda iki avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon ərazisində iki avtomobildən ümumilikdə 1030 manat məbləğində pul və 1291 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini A.Rəsulov Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti