Rusiyada koronavirusa yoluxanların sayı 5 milyona çatır

Rusiyada koronavirusa yoluxanların sayı 5 milyona çatır
  18 May 2021    Oxunub:1393
Rusiyada son sutka ərzində koronavirusa 8183 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 957 756 nəfərə çatıb.

Rusiyada son bir gündə 364 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 116 575 nəfərdir. İndiyədək 4 572 226 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti