“Rusiya dördüncü peyvəndini dövriyyəyə buraxır” - Putin

“Rusiya dördüncü peyvəndini dövriyyəyə buraxır” -  Putin
  18 May 2021    Oxunub:1968
Rusiya tezliklə koronavirus əleyhinə dördüncü vaksini dövriyyəyə buraxacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Rusiya qlobal pandemiyaya qarşı mübarizədə xarici tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Biz koronavirus infeksiyasına qarşı tez bir zamanda üç effektli peyvənd hazırlaya bildik. COVID-19 əleyhinə dördüncü rus peyvəndi tezliklə istifadəyə veriləcək", - deyə Putin söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin  





Xəbər lenti