Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  18 May 2021    Oxunub:1230
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 17-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində Ucar rayon sakini N.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zabit Sultanovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti